Taksi, yemək sifarişi və.s kimi servislər edən şirkətlər –  Visa Inc, Mastercard Inc, PayPal Holding Inc, Uber Technologies Inc ödəmə operatorları Facebook şirkətinin yeni kriptovalyuta ideyasını dəstəkləyirlər. İnternet qiqant gələn həftə kriptovalyutası haqda geniş təqdimat keçirəcəyini və koin buraxılışını gələn ilə planladıqları haqda açıqlama verib.

Maliyyə və elektron ticarət sahəsində çalışan şirkətlər, öz vəsaitlərini investisiya edən kapitalistlər və telekomunikasiya şirkərləri 10 milyon dollar dəyərində yatırım etməyi planlaşdırırlar. Kriptovalyutanın idarəsi Libra adlı konsorsiuma tapşırılıb. 

İstifadəçilər Facebook platformasında kriptovalyuta ilə ticarət, digər istifadəçilərə göndərmə və digər internet saytlarında istifadə edə biləcəklər. Wall Street -ə  yaxın mənbələrin verdiyi məlumata görə, konsorsiumun heyəti haqda danışıqlar davam edir və onun tərkibinə yeni şirkətlər əlavə oluna bilər. Hal hazırda Facebook-u 10 dan çox şirkət dəstəkləyir. 

İştirakçıların bir neçəsi hələdə valyutanın idarəsi və hansı rolda olacağı barədə dəqiq məlumat almayıblar. Libra Association adlı konsorsium valyutanı bir başa idarə etməyəcəyi isə dəqiqdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here