İnternet vaxtınızı faydalı edəcək 10 veb sayt

Günümüzdə internet həyatımızın ayrılmaz hissəsinə çevrilib.Vaxtınızı fərqli saytlardan istifadə edərək daha səmərəli edə bilərsiniz.

1) Vocabulary

İstifadə etmək çox asan olan Vocabulary.com ilə ingiliscə lüğətinizi əyləncəli şəkildə inkişaf etdirə bilərsiniz.

2) Coursera

Dünyanın ən yaxşı universitetləri və kursları ilə əməkdaşlıqda hazırlanan bu saytın,pulsuz üzvü olaraq istənilən kursuna qoşula bilərsiniz. www.coursera.org

3) Speedreeder

Oxuma sürətinizi artırmaq üçün hazırlanmış bu saytla sizə təqdim edilən fərqli təklifləri araşdıra və ingiliscə oxuma inkişaf etdirə bilərsiniz. www.spreeder.com

4) Lumosity

İçində fərqli-fərqli oyunların olduğu saytın məqsədi, beynimizin potensialının fərqinə varmaq və ən üst şəkildə istifadə etmək. www.lumosity.com

5) TED

Demək olar ki, hər mövzuda mütəxəssislər tərəfindən hazırlanan çıxışlar, həyatınızdakı çox şeyi dəyişdirmək üçün təsirli bir addım ola bilər. www.ted.com

6) Wiki How

Maraqlandığınız minlərlə mövzu haqqında nə edə biləcəyinizi addım-addım öyrənə bilərsiniz. www.wikihow.com

7) Free Rice

BMT-nin Dünya Qida Proqramı tərəfindən hazırlanan qeyri-kommersiya saytıdır, doğru bildiyiniz hər sual qarşılığında ac insanlara düyü köməyində olursunuz. www.freerice.com

8) StumbleUpon

Zövqünüzə və maraqlarınıza görə fərqli tövsiyələr verən bu saytla sizi maraqlandıra biləcək yeni saytlar, video və musiqi kəşf edə bilərsiniz. www.stumbleupon.com

9) HowStuffWorks

Discovery Communication tərəfindən hazırlanan bu sayt, həqiqətən, avtomobil mühərriklərindən tutmuş axtarış motorlarına, mobil telefondan kök hüceyrələrə qədər və s. kimi minlərlə mövzuda necə işlədiyini asan və başa düşülən bir araşdırma təqdim edir. www.howstuffworks.com

10) GoodReads

Əgər özünüzü “kitab qurdu” hesab edirsinizsə, bu sayt məhz sizin üçün nəzərdə tutulmuşdur. Kitab tövsiyələrinin verildiyi və sizin də tövsiyə edə biləcəyiniz bu sayt dünyanın ən böyük kitab tövsiyə saytlarından biridir. Siz də şəxsi virtual kitabxananızı bu saytda yarada bilərsiniz. www.goodreads.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here