Ördək sindromu

Stanford Universiteti tərəfindən aparılan araşdırma suda üzən bir ördəyin davranışını analiz edərkən ortaya çıxıb.Ördəklər suyun üzərində sakit və rahat üzən kimi görünsə də, suyun altına daha yaxından baxanda balaca pərdəli ayaqlarını sürətlə çırparaq su ilə mübarizəsini davam etdirməyə çalışır.

Tələbələrin çətinliklərini təsvir etmək üçün Stanford Universiteti tərəfindən irəli sürülmüş “ördək sindromu” anlayışı ördəklərin su ilə mübarizəsindən ilhamlanan və gündəlik həyatımızı çətinləşdirən düşüncə sistemini ümumiləşdirir.Əslində, ördək sindromu tələbələrin hər hansı bir çətinlik, depressiya və özünə şübhə hiss edərkən kənardan sakit görünmək qabiliyyətini ifadə etmək üçün istifadə edilmişdir.

Bəs bu sindroma ən çox yoluxanlar kimlərdi

  • Z Qurşağı-Bu nəsil hər hansı bir nəsildən daha çox ictimai təzyiqə məruz qaldığını görürük.Kiçikliklərindən etibarən davamlı şəxsi mesajlara məruz qalması,sosial mediadakı xarakterlərə pərəstiş etmələri və onlar kimi davranmalarına səbəb olur. Bu nəsil digərlərindən daha çox təhlükə altındadır, çünki özünü dərk etmədən bir-birini güzgüləşdirir.
  • Rəğbətsevənlər-Hər hansı bir sahədə yüksək müvəffəqiyyət qazandıqları zaman, özlərini və başqalarının bu səviyyəni qorumaq üçün güclü təzyiqi üzündən həmişə uğurlu olduqlarını göstərənlər.
  • Stressli vəziyyətdə olanlar– Bunlara yeni bir yerə getmək,maddi vəziyyətin pisləşməsi, fiziki və ya psixoloji təzyiq daxildir. Bütün bu vəziyyətlərdə çətinliyi aradan qaldırmaq əvəzinə, hər şeyin yaxşı olduğunu göstərmək istəyir.
  • Mükəmməliyyətçilər-Mükəmməl bir bədənə sahib olmaq, mükəmməl tərəfdaş tapmaq, böyük bir karyera qurmaqdı.Buna misal olaraq məktəbdə və ya işdə hər hansı bir layihənin həmişə ən yaxşı nəticələrini əldə etmək arzusudur.
  • Psixi sağlamlıq pozğunluğu olan şəxslər-Psixi sağlamlıq pozğunluğuna meylli insanlar risk altında ola bilər. Xüsusilə sosial qayğıları, öyrənmə problemləri, özünə inamın aşağı olması, diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğu olan hər kəs.Daha əhəmiyyətlisi emosional olaraq, həyatda çətin vəziyyətlərlə qarşılaşmaq çətin olan insanlar.

– Heç kim öz səhvini və çatışmazlığını göstərmək istəməz. Buna görə həyatınızı mükəmməl göstərmək sizi saxtakar hiss etdirə bilər.
– Həyatınızı pozitiv və uğurlu göstərsəniz belə əslində tam tərsi ola bilər.
– Layk sayının çox olması özünüzü yaxşı hiss etdirsə belə,narahatlıq və depressiya simptomlarını özünüzdən və başqalarından rahatca gizlədə bilərsiniz.

Mənbə https://www.stanforddaily.com/2018/01/31/duck-syndrome-and-a-culture-of-misery/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here